“ABŞ-ın daxili işlərə müdaxilə etmək və onların xarici siyasətinə təsir göstərmək üçün müntəzəm cəhdləri ilə üzləşən Azərbaycan, Cənubi Amerika, Afrika, Asiya ölkələri məhz BRİKS-də öz suverenliyini qorumaq və möhkəmləndirmək imkanı əldə edirlər. Həm Azərbaycanın, həm də digər yeni iştirakçıların təşkilata inteqrasiyasının ən mühüm amillərindən biri mənəvi aspektdir. Bu gün bəşəriyyətin əksəriyyəti Avropa Birliyindən gələn "yeni" əxlaqın az, lakin son dərəcə fəal tərəfdarlarının, xalqların bütün əxlaqını, ənənələrini və minillik dəyərlərini inkar edən diktələrinə müqavimət göstərir. Az qala on ildir ki, G7 ölkələrinin təqsiri üzündən, yəni, Vaşinqton, London, Berlin və ya Parisin Moskvanın, Pekinin və qlobal Cənubun hər hansı bir ölkəsinin bərabər və ya hətta kiçik tərəfdaşı kimi çıxış etdiyi reallığı qəbul edə bilməməsi səbəbindən bütün dünya iqtisadiyyatı sistemi çalxalanır”, - Mixaylov bildirib.