NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropada qazın qiymətləri niyə qalxıb?

Avropada qazın qiyməti 15% bahalaşsa da, yeraltı qaz anbarları hazırda 92 faizdən çox doludur.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Yay aylarında Avropada qazın qiyməti 16 faiz artaraq min kubmetr üçün təxminən 449 dollara çatıb. Bu rəqəm London "ICE" birjasının məlumatlarında yer alıb.
Qiymət artımına təsir edən əsas amillər Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu fonunda bu ölkənin ərazisindən qaz tranziti ilə bağlı yaranmış vəziyyət, isti hava və tədarükün Asiyaya yönləndirilməsi olub.
Əgər mayın 31-də qazın min kubmetri 388 dollar civarında satılırdısa, avqustun 30-da qiymət 16 faiz bahalaşaraq 449 dollara yüksəlib. May ayında Avropada qazın orta qiyməti min kubmetr üçün təxminən 357 dollar olub.
Sonra qiymət tədricən artıb: iyunda - 384 dollara, iyulda - 366 dollara, avqustda - 437 dollara çatıb. Bununla belə, Avropada yeraltı qaz anbarları hazırda 92 faizdən çox doludur. İndiyədək anbarlara 102 milyard kubmetrdən çox mavi yanacaq vurulub.
01.05.24, 18:04
Avropa bazarında aprel ayında qazın qiyməti təxminən 6 faiz bahalaşıb.
Hazırda London birjasında min kubmetr qazın qiyməti 324 dollar təşkil edir.
Bahalaşma apreldə havaların soyuq keçməsi və Yaxın Şərqdə gərginliyin artması ilə izah olunur.
Martın 28-də qazın qiyməti min kubmetr üçün 306 dollar olduğu halda, aprelin 30-da 6 faiz bahalaşaraq 324 dollara yüksəlib.
Qeyd edək ki, Avropada min kubmetr qazın orta qiyməti 2023-cü ilin dekabrında təxminən 408 dollar, cari ilin yanvarında 337 dollar, fevralda 288 dollar, martda 302 dollar, apreldə isə 320 dollar olub.
Hazırda Avropa İttifaqının yeraltı qaz anbarlarının təxminən 62 faizi doludur.
13.10.23, 18:00
Avropada qazın qiyməti min kubmetr üçün 600 dolları ötüb
Avropada qazın qiyməti ilk dəfə 2023-cü il martın 10-da min kubmetr üçün 600 dolları ötüb.
Bunu London ICE birjasının məlumatları sübut edir.
Hollandiyadakı TTF qovşağında noyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 610 dollara qədər artıb.
Günün əvvəlindən ümumi qiymət artımı 5%-dən çox olub.
Çərşənbə axşamı Avropada qazın qiyməti qalxmağa başlayıb. Bu, Finlandiya və Estoniya arasında yerləşən "Balticconnector" qaz kəmərində sızma xəbərlərindən sonra baş verib. Bundan əlavə, Avstraliyadakı "Chevron" MTQ zavodlarında işçilərin tətilinin tezliklə bərpası və İsraildəki "Tamar" qaz yatağında hasilatın dayandırılması xəbərləri fonunda qazın qiyməti artır. Ekspertlər qazın qiymətinin qalxmasını istilik mövsümünün başlanması ilə də əlaqələndirirlər.
Oktyabrın 10-da isə Avropada qazın birja qiymətlərinin min kubmetr üçün 500 dollar həddini keçərək 6% artdığı bildirilib. Bu, bu il avqustun 22-dən bəri ilk dəfə baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.