BAKI, 2 sentyabr — Sputnik. Ukrayna və Gürcüstanın psixiatriya xəstəxanalarında Qərb bioloji və kimyəvi silah yaratmaq üçün ən təhlükəli eksperimentlər keçirib.
Bunu "Kurçatov İnstitutu" Elmi Araşdırma Mərkəzinin prezidenti Mixail Kovalçuk deyib.
Kovalçuk bioloji silahların qlobal təhlükəyə çevrildiyini qeyd edib və xatırladıb ki, Sovet İttifaqı dağılandan sonra amerikalılar keçmiş SSRİ respublikalarının və sosial düşərgə ölkələrinin sanitar-epidemioloji stansiyalarına nəzarəti ələ keçirərək bu ölkələrdə saxlanılan virus və bakteriya kolleksiyalarını ələ keçiriblər.
"Biz artıq Ukraynada, Xarkov yaxınlığında, Gürcüstanda bütün əxlaqi və hüquqi normaları pozaraq, bioloji və yeni kimyəvi silah yaratmaq məqsədi ilə xüsusilə psixiatriya xəstəxanalarında olan xəstələr üzərində ən təhlükəli tədqiqatlar apardıqlarını görürük", alim "TASS"a müsahibəsində deyib.
Xatırladaq ki, Ukrayna ABŞ-ın sifarişi ilə bioloji silahlar hazırlayıb.
Bu yaxınlarda Roqozin bildirib ki, Ukraynada yaradılan biosilahlar reproduktiv sistemə təsir edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.