CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuxudan rahat oyanma qaydaları

Hər bir insanın yuxunun miqdarı ilə bağlı öz şəxsi norması var ki, bu da ona gün ərzində özünü yaxşı hiss etməyə imkan verir.
Sputnik
BAKI, 1 sentyabr - Sputnik. Xoş, tədricən artan melodiya rahat oyanmaqdan ötrü zəngli saat üçün ən çox uyğun gəlir. Yuxu mütəxəssisi Sofiya Çerkasova bu barədə "Moskva 24" telekanalı ilə söhbətində danışıb.
Onun sözlərinə görə, ilk siqnaldan dərhal sonra yataqdan qalxmaq daha yaxşıdır, çünki qalxmağı beş və ya on dəqiqə təxirə salsaq, bu, yuxudan doymağa imkan verməyəcək, oyanmanı gecikdirəcək və işə xaotik hazırlıq səbəbindən gərginlik yaradacaq.
Mütəxəssis qeyd edib ki, hər bir insanın yuxunun miqdarı ilə bağlı öz şəxsi norması var ki, bu da ona gün ərzində özünü yaxşı hiss etməyə imkan verir.

"İnsanların 90%-i üçün 7-8 saat optimaldır, lakin başqa variantlar da var: bəziləri 4-6 saat, digərləri isə 10-12 saat yata bilər. Hər kəs özü üçün minimum standartı başa düşür", - mütəxəssis bildirib.

Bundan əvvəl qacetlərin uşaqlarda psixi pozğunluqlar epidemiyasına səbəb olduğu barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.