BAKI, 1 sentyabr - Sputnik. "NATO və onun Rusiya Federasiyasının sərhədlərinə yaxın ölkələrinin hərbi potensialının artırılması təxribat xarakterlidir". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Litvada Bundesver əsgərlərinin yerləşdiriləcəyi hərbi bazanın tikintisi ilə bağlı RİA Novosti-yə şərhində deyilir.
Bundan əvvəl mətbuatda Litvanın 2027-ci ilin sonuna qədər 4000 Bundesver əsgərinin yerləşdiriləcəyi hərbi bazanın tikintisinə başladığı barədə xəbərlər yayılmışdı.
“Biz daim vurğulayırıq ki, NATO və onun üzvü olan ölkələrin Rusiya sərhədləri yaxınlığında aktivliyi və hərbi potensialının artması təxribat xarakterlidir”, - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Bu, hərbi bazaların tikildiyi Litva ərazisində Bundesver briqadasının planlaşdırılan yerləşdirilməsinə də aiddir", - şərhdə bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.