RUSİYA

Rəqəmsal texnologiyalar şagirdlərin idrak qabiliyyətini xeyli azaldır - Rusiyalı ekspert

Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin üzvü hesab edir ki, son 500 ildə ilk dəfə uşaqların valideynlərindən daha az biliyə sahib olduğu bir dövr gəlib.
Sputnik
BAKI, 1 sentyabr - Sputnik. Şagirdlərin inkişafındakı reqressiyanı aradan qaldırmaq üçün məktəb kurrikulumunun əsas fənlərin xeyrinə yenidən nəzərdən keçirilməsi, həddindən artıq rəqəmsallaşmadan imtina və müəllimlər üçün layiqli əməkhaqqı lazımdır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin üzvü Aleksandr Losev deyib.

Təəssüf ki, biz hələ də rəqəmsallaşmaya (məktəblərin) daha çox diqqət yetirildiyini görürük. Bunda yaxşı heç nə yoxdur, çünki rəqəmsal texnologiyalar şagirdlərin idrak qabiliyyətlərini xeyli azaldır. Uşaqlar düşünməyi dayandırır və real ünsiyyət bacarıqlarını öyrənirlər. Uşaq kompüterdə tiplər (mətn) deyil, qələmlə yazırsa və ya çəkirsə, beynin digər sahələri işləyir", - Losev Krımda Sputnik radiosunun efirində bildirib.

Onun qənzətinə görə, son 500 ildə ilk dəfə elə bir nəsil yenişib ki, uşaqlar valideynlərindən az bilirlər:
"İndi reqressiya var, görünür, məktəblərdə lazım olmayan, həqiqətən də diqqəti yayındıran fənləri proqramdan çıxarıb, normal fənlərə qayıtmaq lazımdır - Ana dili, ədəbiyyat, riyaziyyat - bu fənlərsiz yaşaya bilməzsən, eləcə də coğrafiya, eləcə də təbiət elmləri, eləcə də tarix - onsuz biz kim olduğumuzu və nə üçün mübarizə apardığımızı başa düşmürük".
Ekspert xatırladıb ki, 29 dekabr 2012-ci il tarixli 273 saylı Federal Qanunun redaksiyasında təhsil “sosial əhəmiyyətli fayda olan və fərdin, ailə, cəmiyyət və dövlətin maraqları naminə həyata keçirilən vahid, məqsədyönlü təhsil və təlim prosesi” kimi müəyyən edilir”:
“Ona görə də biz qanuna əməl etməliyik. Əgər bu xidmət deyil, sosial əhəmiyyətli faydadırsa, müəllimin əməyi qiymətləndirilməli, lazım olanda müəllimin dəyəri artmalıdır. Əsas olan təkcə bilik deyil, həm də mənəvi tərbiyə, fiziki inkişaf da lazımdır. Tərbiyə vacibdir, onsuz biz sağlam cəmiyyət yetişməyəcəyik... Təhsil biliyin və mədəniyyətin yayılmasıdır".
Ekspert bildirir ki, dövlətin xarici qüvvələrin təhdid etdiyi bir dövrdə təhsilin əhəmiyyətini qiymətləndirmək olmaz.

"Yaddan çıxarmayaq ki, kütləvi təhsil və mədəniyyətin yayılması sayəsində həm Sovet İttifaqında sənayeləşmə, həm də Böyük Vətən Müharibəsində qələbə mümkün olub”, - Losev bildirib.

Qeyd edək ki, 2024/2025-ci tədris ilində Rusiyada tədris prosesinə həm məktəblilərə, həm də müəllimlərin özlərinə təsir edən bir sıra yeni qaydalar tətbiq olunur. Bundan əlavə Rusiya məktəblərində bir sıra yeni icbari və məktəbdənkənar fənlər də tətbiq ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.