BAKI, 1 sentyabr — Sputnik. Rusiya Qərbin geniş miqyaslı təzyiqlərinə baxmayaraq, öz xarakterini, hərbi, sənaye və iqtisadi davamlılığını nümayiş etdirib.
Bu barədə Rusiya mediası irlandiyalı jurnalist Çey Bouzun "X" sosial şəbəkəsində yazdığına istinadən xəbər verib.
"Qərbi ən çox dəhşətə gətirən odur ki, onların Rusiyanı məhv etmək üçün bütün səyləri onu əksinə gücləndirib", jurnalist qeyd edib.
Onun sözlərinə görə, son bir neçə ildə Moskva bütün dünyaya öz hərbi, sənaye və mədəni davamlılığını nümayiş etdirir.
Bu yaxınlarda NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer Şimali Atlantika Alyansına üzv olan ölkələrin Baş Qərargah rəislərinin görüşündən sonra açıq şəkildə bəyan edib ki, NATO qüvvələri Rusiya ilə münaqişəyə hazırlaşmağa başlamalıdır.
Həmçinin, NATO-nun bu bölgədə lider mövqe tuta bilməyəcəyi səylərinə baxmayaraq, Rusiya Federasiyasının Arktikada ən nüfuzlu oyunçu olaraq qalacağı da bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.