BAKI, 1 sentyabr - Sputnik. ABŞ Ukrayna ətrafında münaqişədə iştirak dərəcəsini artırmaq meyli nümayiş etdirir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Birləşmiş Ştatlar bir çox bəyanatlara baxmayaraq, Ukrayna ətrafında münaqişədə birbaşa iştirak edir. Onlar bu münaqişədə iştirak dərəcəsini artırmağa meyl göstərirlər", – Peskov telejurnalist Pavel Zarubinin Telegram kanalında yayımlanan müsahibəsində bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov problemli məsələləri həll edəcəyinə söz verən amerikalı siyasətçi Donald Trampın seçki vədlərini də şərh edib.
Peskov deyib ki, 24 saat ərzində heç nə etmək mümkün deyil.
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Co Baydenin prezidentliyi dövründə ABŞ tərəfindən Rusiyanın maraqlarının tapdalanmasında hədd aşılıb.
"Birləşmiş Ştatların ölkəmizin maraqlarını pozmaq üçün atdığı addımların məcmu effekti məqbul həddi keçib. Co Baydenin ABŞ-dakı prezidentliyi dövrü Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərdə bütün proseslərin kulminasiya nöqtəsinə çevrilib", – Peskov deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.