"Yeniliklərin sayı getdikcə artır, çünki Azərbaycan inkişaf etdikcə, bütün vətəndaşlarımızın hüquq və təhlükəsizlyini təmin etmək imkanları artdıqca, qanunverici aktlara da dəyişiklər lazım gəlir. Hesab edirəm qarşıda dövrdə yetərincə işlər görüləcək", - Komitə sədri qeyd edib.
"Hələlik gözlənilən dəyişiklikləri açıqlamaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, fəal şəkildə ictimai müzakirələr təşkil edəcəyik. Hal-hazırda komitə cənab prezidentin tapşırığı ilə yeni ailə konsepsiyasının hazırlanması prosesinə start verib. Bütün sadalanan problemlər Azərbaycanın siyasətinin mahiyyətinə uyğun olaraq yalnız ailə müstəvisində, ailənin və hər bir fərdin marağı üstün tutulmaqla həll edilməlidir. Bu konsepsiyanın hazırlanmasında da biz ailə mərkəzli siyasət yürütməyə çalışacağıq".