BAKI, 1 sentyabr - Sputnik. Azərbaycan Milli Məclisinə seçkilər çox yüksək səviyyədə təşkil olunub. Bu barədə Report-a Milli Məclisə növbədənkənar seçkilərin monitorinqində iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Çepa məlumat verib.
Rusiyalı deputat 12 seçki məntəqəsində səsvermə prosesini izlədiyini vurğulayıb.
“Əminliklə deyə bilərəm ki, seçkilər çox yüksək səviyyədə təşkil olunub”, - A.Çepa bildirib.
Qeyd edək ki, sentyabrın 1-də saat 19:00-da Milli Məclisə seçkilərdə səsvermə başa çatıb. Seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.