BAKI, 30 avqust — Sputnik. "Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi yer məlum olub.
Bu barədə tədbiri təşkil edən Avropa Yayım İttifaqının (AYİ) saytında məlumat verilib.
"Avroviziya"nın İsveçrənin Bazel şəhərində keçiriləcəyi bildirilir. Müsabiqə Sankt-Yakob Park stadionunda baş tutacaq. Təşkilatçılar 13, 15 və 17 may 2025-ci il tarixlərini də təsdiqləyiblər.
Xatırladaq ki, 2024-cü ildə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində İsveçrədən olan müğənni Nemo qalib olub. O, təkcə xarici görünüşü ilə deyil, həm də səhnədəki hərəkətləri ilə də tamaşaçıları heyrətləndirib.
Qalib müğənni müsabiqənin bağlanış çıxışında qazandığı "Kristal" mikrofonunu sındırıb. O, səhnədə diz çökərək kuboku bir neçə saniyə yerə qoyub.
Videoda mükafatın qırılma səsi belə eşidilib. Nemo ayağa qalxanda mikrofonun yuxarı hissəsini əlində tutub, digər sınıq hissəsi isə səhnədə qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.