BAKI, 1 sentyabr - Sputnik. ABŞ sürətlə iflasa yaxınlaşır və bunun səbəbi inflyasiyanın artmasına səbəb olan həddən artıq çox xərcləmədir. Bunu amerikalı milyarder İlon Mask bildirib.
Mask X sosial şəbəkəsində bir istifadəçinin ABŞ hakimiyyətinin 2035-ci ilə qədər ölkənin dövlət borcunu daha 16 trilyon dollar artırmağı planlaşdırdığını bildirən yazısına cavab verib.
"Hökumət xərclərinin hazırkı tempi ilə, ABŞ sürətlə iflasa yaxınlaşır", – Mask sosial şəbəkədəki səhifəsində yazıb.
May ayında ABŞ Konqresinin Büdcə Ofisi növbəti 30 il ərzində ölkənin milli borcunun ÜDM-in 166%-nə qədər artacağı barədə hesabat dərc edib.
Eyni zamanda, göstəricinin ÜDM-in 250%-nə yüksəlməsi riskini də istisna etmək olmaz. Co Baydenin prezidentliyi dövründə ABŞ-ın milli borcu 2021-ci ildəki 28 trilyon dollardan bu il görünməmiş səviyyəyə 34,5 trilyon dollardan çox artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.