CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 31 avqust – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Avqustun 31-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 31-də kimlər anadan olub?
Aleksandr Radişev (1749-1802) - rusiyalı nasir, şair və filosofdur. O, 1790-cı ilin iyununda anonim nəşr etdirdiyi məşhur "Sankt-Peterburqdan Moskvaya səyahət" əsərinin müəllifidir.
Aleksandr Radişev
Matilda Kşesinskaya (1872-1971) - rusiyalı balet artisti, Mariinski Teatrının prima balerinası və XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiya İmperiyasının görkəmli balerinası olub.
Matilda Kşesinskaya
Fredrik Març (1897-1975) - ABŞ səhnə və kino aktyorudur. O, "Doktor Cekill və cənab Hayd" və "Həyatımızın ən yaxşı illəri" filmlərindəki ən yaxşı aktyor nominasiyasında "Oskar" mükafatı laureatıdır.
Riçard Gir (1949) - ABŞ kino aktyorudur. O, "Gözəlçə", "Haçiko, bir itin taleyi", "Çikaqo" və s. filmləri ilə tanınır.
Riçard Gir
31 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1806-cı ildə Rusiya imperatoru I Aleksandr təmənnasızlığı Rusiyanın xarici siyasətinin əsas prinsipi elan edib.
1907-ci ildə Böyük Britaniya ilə Rusiya arasında müqavilənin imzalanması Antantanın hərbi-siyasi blokunun yaradılmasını başa çatdırıb.
1951-ci ildə Almaniyanın Düsseldorf şəhərində dəqiqədə 33 1/3 fırlanma sürəti ilə ilk dəfə uzun müddət çalan qrammafon plastinası satışa çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.