ELM

Qəhvə və şirniyyatlar miqrenə səbəb olur - nevroloq Nevryuzina

Trigger-məhsullar müxtəlif xəstələrdə özünü fərqli göstərə bilər.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Bəzi qidalar miqrenin tutmasına səbəb ola bilər. Bu xəstəlikdən əziyyət çəkən insanlar kofeindən, eləcə də artıq şəkərdən uzaq durmalıdırlar.
Bunu nevroloq Qalina Nevryuzina deyib.
"Mümkün olduqca, rasiondan dad verici məmulatları, kofeinı, fermentləşdirilmiş qidaları, bəzi desertləri (dondurma, şokolad) və enerji içkilərini istisna etmək lazımdır", həkim qeyd edib.
Nevroloq sözlərinə görə, trigger-məhsullar müxtəlif xəstələrdə özünü fərqli göstərə bilər, ona görə də orqanizmin qidaya reaksiyasını izləmək vacibdir. Hansı qidanın miqren tutmasına səbəb olduğunu anlamaq üçün qida gündəliyi saxlamaq məsləhətdir.
"RT" telekanalı bu yaxınlarda baş ağrılarının ayrıca xəstəlik ola biləcəyini də bildirib. Burada gərginlik baş ağrısını, miqreni və klaster baş ağrısını qeyd etmək olar.
İkinci dərəcəli baş ağrısı yüksək qan təzyiqi, beyin qanaxması və yoluxucu xəstəliyin əlamətidir. Şüurun pozulması, zəiflik və uyuşma ilə müşayiət olunan baş ağrısı baş verdikdə xüsusi diqqət yetirilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.