BAKI, 31 avqust — Sputnik. “Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimiz zamanı bildirdim ki, Azərbaycan prezidenti ilə sərhəddə görüşməyə hazıram”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, indiyədək aparılan ikitərəfli danışıqlar müsbət nəticələr doğurub:
“İndiki mərhələdə biz ikitərəfli formatda müzakirələr aparırıq. Hesab edirəm ki, belə bir format daha doğrudur. Bununla bağlı fikirlərimi Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimdə ona da bildirmişəm. Lakin biz digər formatlardan da imtina etmirik. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir”.
23.08.24, 15:55
Putin və Paşinyan razılığa gəlib
Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Rusiya Federasiyasının prezidenti Paşinyanı Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb və buna görə Ermənistanın baş naziri ona minnətdarlığını bildirib.
"Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyinə dair məsələləri müzakirə etmək üçün fürsət əldə etmək və yaxın gələcəkdə görüşmək barədə razılığa gəliblər" - məlumatda deyilir.
Putin bir müddət əvvəl azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqların yekunlarına dair bildirib ki, Cənubi Qafqazda davamlı sülh və sabitlik regionun bütün ölkələrinin və xalqlarının fundamental maraqlarına tam cavab verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.