BAKI, 31 avqust — Sputnik. Ukrayna lideri Vladimir Zelenski Amerika paytaxtına səfər edəcəyi təqdirdə ABŞ-da qala bilər.
Bunu Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.
O, bunun Ukraynadakı vəziyyətlə bağlı olduğunu vurğulayıb.
"Əgər o, gələn ay Vaşinqtona səfər etməyi planlaşdırırsa, bu, birtərəfli bilet olacaq, çünki geri qayıda bilməyəcək. Ukraynada işlər bu qədər pis vəziyyətdədir" - Makqreqor "Daniel Davis/Deep Dive" "YouTube" kanalında deyib.
Makqreqor vurğulayıb ki, Ukraynada vəziyyətin dəyişəcəyinə dair heç bir əlamət yoxdur.
O, həmçinin qeyd edib ki, Qərbin tədarük etdiyi silahlar münaqişənin gedişatını dəyişməyəcək.
Bir müddət əvvəl "Başqa Ukrayna" hərəkatının lideri Viktor Medvedçuk demişdi ki, bu ölkə məhv olmaq ərəfəsindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.