NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Liviyada neft hasilatının dayandırılması qlobal qiymətləri artıra bilər

OPEC-in üzvü olan bu dövlətin iki rəqib hökuməti arasındakı qarşıdurma ölkənin gündəlik təxminən 1 milyon barel neft hasilatının dayandırılması ilə nəticələnə bilər.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. "Bloomberg" agentliyi xəbər verir ki, Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir.
OPEC-in üzvü olan bu dövlətin iki rəqib hökuməti arasındakı qarşıdurma ölkənin gündəlik təxminən 1 milyon barel neft hasilatının dayandırılması ilə nəticələnə bilər. Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Liviyada sabitliyin bərpası üzrə yol xəritəsi də artıq əhəmiyyətsiz bir sənədə çevrilib.
Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır. Avropalıları, ilk növbədə, ekstremistlərin yayılması fonunda Şimali Afrika ölkəsindən miqrasiyanın qarşısını alınması məsələsi narahat edir. Onların parçalanmış və xaotik Liviyaya sərf etmək üçün çox az vaxtı var, baxmayaraq ki, bu ölkədə neft hasilatının dayandırılması qlobal qiymətləri artıra bilər.
Liviyanın yenidən qurulması dərin hüquqi, iqtisadi və təhlükəsizlik sektorunda islahatlar aparılmasını tələb edir, halbuki BMT-nin vasitəçiliyi ilə həyata keçirilən prosesdə hər bir tərəfin öz gündəmi, inancları, qanunları və hətta konstitusiyaları ilə birlikdə nominal vahid hökumətin yaradılmasına üstünlük verilirdi. İstənilən yol xəritəsi kövrək təməllər üzərində qurulub.
Liviya dövlətçiliyi tam süqutdan xilas olsa da, BMT konstitusiya mətninin hazırlanmasında uğur qazana bilməyib. Ekspertlər hesab edirlər ki, bu ölkəni daha böyük fəlakətlər gözləyə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.