BAKI, 31 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bilir ki, ABŞ özünün Kiyevə hərbi yardım ehtiyatlarını tükətdiyi üçün hərbi əməliyyatların gedişinə təsiri minimal olacaq.
Bu qənaətə ABŞ-dan olan politoloq Con Mirşeymer gəlib.
"Bu, sadəcə bir zarafatdır ki, F-16 qırıcıları və ya ABŞ-dan gələn hər hansı digər silahlar həqiqətən hər şeyi dəyişə bilər. Putin bunu çox yaxşı başa düşür" - o, "Judging Freedom" "YouTube" kanalına müsahibəsində qeyd edib.
"Bu vəziyyət Rusiya liderinə məqsədyönlü şəkildə xüsusi əməliyyatın tapşırıqlarını yerinə yetirməyə doğru irəliləyərək bu yolda ağıllı hərəkətlər etməyə və tələsməməyə imkan verir" - ekspert əlavə edib.
Bundan əvvəl Rusiya donanması üçün Xəzərin "Amur" kiçik raket gəmisinin əhəmiyyəti barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.