BAKI, 30 avqust — Sputnik. Qərbin Kiyevə yardımı 200 milyard dolları ötüb. Bunu Rusiyanın Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov RİA Novosti agentliyinə müsahibəsində bildirib.
"Təəssüflər olsun ki, ABŞ silahları artıq bütün gücü ilə Rusiya ərazisindəki mülki hədəflərə qarşı istifadə olunur. Məqsəd Rusiyanı zəiflətməkdir", - səfir bildirib.
Yevdokimov qeyd edib ki, Ukraynadakı hadisələr Qərb ssenarisi üzrə inkişaf etmədiyinə görə, sanksiyalar qisas almaq üçün primitiv cəhd kimi qiymətləndirilir.
"Biz Rusiyaya qarşı davam edən sanksiya təzyiqini yalnız Ukraynadakı hadisələrin Qərb ssenarisi üzrə inkişaf etmədiyinə görə qisas almaq üçün primitiv cəhd kimi qiymətləndiririk. Moskva dəfələrlə vurğulayıb ki, bizimlə sanksiyalar dilində danışmağın mənası yoxdur. Ölkəmizin iqtisadiyyatını xaricdə planlaşdırıldığı kimi məhv etmək mümkün deyildi və mümkün olmayacaq. Rusiya ilkin adaptasiyanın çətin dövrünü uğurla keçib. 2023-cü ildə ÜDM 3,6% artdı ki, bu da inkişaf etmiş ölkələr üçün orta göstəricidən iki dəfə çoxdur. Qərb şirkətlərinin yerini başqaları, o cümlədən yerli şirkətlər uğurla tutur", - rusiyalı diplomat bildirib.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur.
Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.