BAKI, 30 avqust — Sputnik. Bu il tələbə adını qazananlar arasında işğaldan azad olunmuş ərazilərdə tikilən 5 məktəbin məzunları da var. Sputnik Azərbaycan-ın Modern.az istinadən məlumatına görə, 2023-cü ildə fəaliyyətə başlayan Tərtər rayonu Talış kənd tam orta məktəbinin yeganə məzunu Alasova Səbinə Zahid qızı V qrup üzrə 76 bal toplayıb. O, kolleclərə ixtisas seçimində iştirak edib.
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdən isə bu il 8 nəfər məzun olub. Onlardan 5 nəfəri ali məktəbə sənəd verib, 4 nəfər tələbə adını qazanıb, 1 nəfər isə kolleclərə qəbul üçün sənədlərini təqdim edib.
Laçın şəhər 2 nömrəli tam orta məktəbdən bu il 4 nəfər, Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbindən 3 nəfər, Zəngilan rayon Ağalı kənd tam orta məktəbindən isə 3 nəfər məzun olub, hər məktəbdən 1 nəfər tələbə adını qazanıb.
Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.