Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Politoloq Azərbaycan-Ermənistan sülh prosesini ləngidən məqamları açıqladı

Politoq qeyd edir ki, Rusiya və Qərbin bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə, formalaşmasına yanaşmasındakı fərqlər ümumi prosesə mənfi təsir göstərir.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Moskva Bakı ilə İrəvan arasında sülhün tezliklə bağlanacağına ümid edir, bu, Cənubi Qafqazda davamlı sülhə doğru addımdır. Bunu Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov RİA Novosti agentliyinə müsahibəsində bildirib.
Rusiyanın Bakıda diplomatik nümayəndəsi bir çox mövzular ətrafında danışıb. O qeyd edib ki, Qərbin Cənubi Qafqazda əsas məqsədləri Rusiyanı sıxışdırıb çıxarmaq, eləcə də Avrasiyada inteqrasiya proseslərinə zərbə vurmaqdır.
Rusiyalı səfirin fikirlərindən də aydın olur ki, Qərb və Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsi fəal şəkildə davam edir. Bəs bu kəskin mövqe fərqləri Cənubi Qafqazda gedən sülh danışıqları prosesinə necə təsir edir?
Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a deyir ki, Qərb Cənubi Qafqada sabitliyi pozmaq üçün fəaliyyətini genişləndirir:

"Bunun üçün bütün vasitələrdən istifadə olunur, xüsusən də kəşfiyyat məlumatlarının toplanılması narahatedici məqamdır. Eyni zamanda Ermənistan ərazisində yerləşən Aİ-nin mülki missiyası birbaşa olarq xüsusi xidmət orqanlarının tapşırıqlarını icra edir. Onların əldə etdiyi məlumatlar təhlükəsizlik sisteminə təhdid yaratmaq naminədir. Əldə olunmuş məlumatlar diversiya, təxribat fəaliyyətləri üçün yönəldilir ki, biz bunu mövqelərimizin atəşə tutulmasında görə bilərikş Hesab edirəm ki, mövqelərimizin atəşə tutulmsı diqqətdə saxlanılmalıdır".

İlyas Hüseynov
Politoloqun fikrincə, Azərbaycan və Ermənistanın sülhə yanaşmaları haçalanır:
"Bir sıra məqamlar razılaşdırılsa da, mövqe fərqləri qalmaqdadır. Ermənistan konstitusiyasındakı müddəanın dəyişdirilməməsi, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı müraciətin edilməməsi sülh prosesini ləngidən məqamdır".
Politoq qeyd edir ki, Rusiya və Qərbin bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə, formalaşmasına yanaşmasındakı fərqlər ümumi prosesə mənfi təsir göstərir:

"Rusiya və kollektiv Qərb müharibə şəraitindədir. Bizim regionumuzda maraqların toqquşması da qlobal güclərin hədəflərinin mərkəzində olmasından qaynaqlanır. Cənubi Qafqaz həsas və önəmli regiondur. İki qlobal güc arasındakı gərginlik aradan qalxmalıdır ki, bu regional sabitliyin formalaşmasına səbəb olsun".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Bakı və İrəvan arasında danışıqlar üçtərəfli razılaşmalara uyğundur - Mixail Yevdokimov