RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kartapolov: Rusiya sərt cavab verəcək

Deputat qeyd edib ki, Borreldən fərqli nəsə gözləmək qəribə olardı, lakin bütün qərarları Aİ diplomatiyasının rəhbəri deyil, digər siyasətçilər verəcək.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Rusiya Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının ərazisinə hücumlar üçün Avropa silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırmasına sərt və asimmetrik cavab verəcək və onlar bunu dərhal hiss edəcəklər.
Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov RİA Novosti-yə bildirib.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ ölkələri Ukraynanın Rusiya ərazisinə zərbələri ilə bağlı məhdudiyyətləri tamamilə aradan qaldırmalıdır.
O, həmçinin vurğulayıb ki, Aİ ölkələrinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Avropa silahlarından istifadəsinə qoyulan qadağaları aradan qaldırması barədə danışmaq "gülüncdür" .
Deputat qeyd edib ki, Borreldən fərqli nəsə gözləmək qəribə olardı, lakin bütün qərarları Aİ diplomatiyasının rəhbəri deyil, digər siyasətçilər verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.