TƏHSİL

Daha bir məktəbin fəaliyyəti yenidən təşkil edilir

Tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən icra olunacaq.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Daha bir məktəbin fəaliyyəti yenidən təşkil ediləcək. Abşeron - Xızı Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Sumqayıt şəhər 37 nömrəli tam orta məktəb öz fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə davam etdirəcək.
Məktəbin yenidən təşkil edilməsində məqsəd ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlərə növbəti təhsil səviyyəsində keyfiyyətli təhsil imkanlarını təmin etmək, onlar üçün daha uyğun sosial-psixoloji mühit yaratmaqdır.
Təhsil müəssisəsində dərslər təmayül tədris planları əsasında təşkil ediləcək.
Tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən icra olunacaq.
Məktəbə şagirdlərin qəbul qaydaları və digər zəruri məlumatlar haqqında əlavə məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.