BAKI, 29 avqust — Sputnik. ABŞ prezidentliyinə namizəd Donald Tramp Kursk vilayətində baş verən insidentlə əlaqədar dünya müharibəsinin başlanması ehtimalından narahatlığını bildirib.
Bu barədə "İndependent" yazıb.
O, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücum etdiyini və bunun qlobal münaqişə ilə nəticələnə biləcəyini vurğulayıb.
"Ukraynada nələrin baş verdiyinə baxın! Onlar Rusiyaya doğru şığıyıblar. Üçüncü dünya müharibəsi olacaq" - Tramp bildirib.
Daha əvvəl Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində "əməliyyatı" ABŞ, Böyük Britaniya və Polşanın kəşfiyyat xidmətlərinin iştirakı ilə hazırlanıb. İştirak edən bölmələr Britaniya və Almaniyadakı təlim mərkəzlərində döyüş koordinasiyasından keçiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.