BAKI, 29 avqust — Sputnik. Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyyarto Aİ diplomatiyasının rəhbəri Josep Borrelin Ukraynanın Rusiya ərazisinə Qərb silahları ilə dərindən zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının zəruriliyi ilə bağlı bəyanatını tənqid edib.
"auf.ru" saytı bu barədə məlumat verib.
"Nazir Siyyarto, həmçinin Ukraynaya daha çox silah göndərməyə çağıran və hətta Qərb tərəfindən gətirilən bu silahların Rusiya ərazisinə dərin zərbələr endirmək üçün istifadə olunmasını təklif edən Aİ-nin xarici işlər üzrə ali nümayəndəsini də tənqid edib" - Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç deyib.
Borrelin fikrincə, Rusiya Federasiyasına qarşı zərbələrə qoyulan qadağanın götürülməsi guya sülhməramlı məqsədlərə xidmət edir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi həmkarları ilə Ukrayna ordusuna hərbi yardımın artırılması məsələsini də müzakirə edəcəyinə söz verib.
Daha əvvəl Peter Siyyarto Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna ilə bağlı sülh təşəbbüsünə Aİ-nin reaksiyasını şərh edərkən Josep Borrelli "Brüsselin Baydeni" adlandırmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.