RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazır idi, ancaq...

Rusiya XİN rəhbəri deyib ki, ölkəsinin danışıqlara hazır olması heç kəsdə şübhə yaratmamalı idi.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Rusiya hər zaman Ukrayna ilə bağlı danışıqlara hazır olub, lakin Kiyevin Kursk bölgəsindəki avatürasından sonra bu artıq aktual deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bizim danışıqlara hazır olmağımız heç kəsdə şübhə yaratmamalı idi. Kursk vilayətindəki avantüradan sonra bu məsələ ilə bağlı hər hansı söhbətin əhəmiyyəti yoxdur. Kiyev rejimi və onun Qərb himayədarları tərəfindən bütün əvvəlki təşəbbüslər və razılaşmalar məhv edildikdən və sabotaj edildikdən sonra iyun ayında prezident Putin növbəti dəfə sülh təşəbbüsü irəli sürmüşdü" - Lavrov Seneqal Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqların yekunu üzrə jurnalistlərə bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün şərtləri açıqlayıb. O bildirib ki, Ukrayna qoşunları "Donetsk və Luqansk xalq respublikaları"nın bütün ərazisindən, Zaporojye və Xerson vilayətlərindən çıxarılmalıdır, o zaman Rusiya danışıqlara hazır olacaq.
"Ukrayna qoşunları Donetsk, Luqansk xalq respublikaları, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır. Mən buna diqqəti cəlb edirəm: bu vilayətlərin Ukraynaya daxil olduğu zaman mövcud olan inzibati sərhədləri daxilində Kiyev belə bir qərara hazır olduğunu bəyan edən və bu bölgələrdən qoşunların real çıxarılmasına başlayan, həmçinin NATO-ya daxil olmaq planlarından imtina barədə rəsmi məlumat verən kimi bizim tərəfimizdən dərhal atəşkəs elan ediləcək və danışıqlara başlanması barədə əmr veriləcək" - Putin qeyd edib.
27.07.24, 16:04
Qərb Moskvanı məğlub etməyin qeyri-mümkünlüyünü dərk etməyə başlayıb - Lavrov
Qərb Moskvanı məğlub etməyin qeyri-mümkünlüyünü dərk etməyə başladığından Ukraynada nizamlanma ilə bağlı çoxsaylı ideyalar yağdırmağa başlayıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında jurnalistlərə bildirib.
“Qərbin Rusiya Federasiyasının məğlubiyyətinə ümid bəsləməyin mənasızlığını, Zelenskinin və onun rejiminin dəyərsizliyini getdikcə daha çox dərk etdiyi bir şəraitdə səpələdiyi çoxsaylı ideyaları şərh etməyə lüzum görmürəm" - O, deyib.
XİN başçısı Almaniya kansleri Olaf Şoltsun Almaniyada Amerika raketlərinin yerləşdirilməsi məsələsini Rusiyanın hava hücumundan müdafiə sistemini dayandırması ilə əlaqələndirən sözlərini də şərh edib. O, Şoltsun ​​sadə fikirləri və bəsit bəyanatları ilə tanındığını deyib.
Lavrov xüsusi əməliyyatın Rusiyanın təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq, DXR və LXR vətəndaşlarını qorumaq üçün başladığının xatırladıb:
"Xüsusi əməliyyat Rusiyanın təhlükəsizliyinə Ukraynada yaradılmış təhdidləri aradan qaldırmaq, “Kiyevin Minsk razılaşmaları üzrə öhdəliklərinə zidd olaraq daim atəş altında olan Donetsk və Luqansk Xalq Respublikalarının əhalisini qorumaq üçün başlayıb. Bu hücumlar gündən-günə güclənirdi və bizim onların müstəqilliyini tanımaq tələblərini tanımamağa, bizə müraciətlərinə cavab verməməyə, BMT Nizamnaməsinin kollektiv özünüidarə hüququ ilə bağlı 51-ci maddəsinə istinad etməməyə haqqımız yox idi".
Lavrov Laosda ŞAS-ın nazirlər toplantısında iştirak edir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərqi Asiya Sammitinin (ŞAS) Laosda keçirilən nazirlər toplantısında iştirak edir.
Şənbə günü, iyulun 27-də səhər saatlarında nümayəndə heyətlərinin başçıları Laosun Baş naziri Sonesay Siphandon tərəfindən qəbul ediliblər. Ölkənin xarici işlər naziri Salemsay Kommasit nazirlərin iclasını salamlama nitqi ilə açıb.
Lavrov Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün iyulun 25-də Laosa gəlib. Naziri Rusiyanın bu ölkədəki səfiri Vladimir Kalinin qarşılayıb.
Məlumdur ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə paralel olaraq ABŞ dövlət katibi Entoni Blinken də Asiya-Sakit okean regionu ölkələrinə səfər edir. O, hazırda ŞAS-ın nazirlər toplantısındadır.
Bundan əvvəl Lavrov İndoneziya Xarici İşlər Nazirliyinin rəhbərinə Zaxarovanınkı kimi broş verəcəyini vəd etmişdi.
11.06.24, 19:11
Rusiya Kiyevin rusiyalılara zülmü gözardı edib danışıqlara başlaya bilməz - Lavrov
Rusiya Kiyevlə danışıqlara heç nə olmamış kimi başlamağı yanlış hesab edir, sanki Ukraynada rus dilinin sıxışdırılması heç vaxt baş verməyib. Xüsusən də Qərb ölkələri ilə açıq olmayan təmaslar zamanı məlum olub ki, onlar Ukraynada hakimiyyətin bu gün olduğu kimi saxlanmasını təşviq ediblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Müxtəlif ölkələrdəki yoldaşlarımız səmimi danışıqlar prosesi təklif edəndə deyirlər ki, bəs, gəlin indi döyüşü dayandıraq və danışmağa başlayaq. Ukraynada hər hansı milli azlığın, xüsusən də Rusiya kimi böyük bir millətin hüquqlarına hörmət edilməsi tələbi süni ilkin şərtdirmi? Mən belə düşünmürəm. Ukrayna rejimini dünyadakı bütün məsul şəxslərin və beynəlxalq birlik üzvlərinin yaşadığı hüquqi çərçivəyə qaytarmaq lazımdır”, - Lavrov mətbuat konfransında deyib.

“Sadəcə bu vəziyyəti olduğu kimi saxlamaq və heçnə olmamış kimi danışıqlar masası arxasına oturmaq düzgün deyil. Üstəlik, Qərbdə heç kim Ukrayna rejiminin yaratdığı nasist, rusofob vəziyyəti görmək istəmir. Həmçinin, Ukrayna dövlətinin məhz bu xarakterini qoruyub saxlamağa çalışır”, - Lavrov əlavə edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçrədəki Ukrayna sammitini “öz aralarında oyun” adlandırıb. O, hesab edir ki, orada Vladimir Zelenskinin “dəyərsiz və çıxılmaz” “sülh formulu” müzakirə olunacaq.
Eyni zamanda, Lavrov əlavə edib ki, Çin və Braziliyanın xarici işlər nazirləri nizamlanmanın təşviqi üçün yeni baza axtarmağın vacib olduğunu və bunun hər iki tərəf üçün məqbul olmasının vacib olduğunu bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.