BAKI, 29 avqust — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfirlərə Azərbaycanla sərhəddə yerləşən Tavuşun Kirants kəndinə qısa səyahət təşkil edib.
Dilicanda keçirilən iki günlük görüşdən sonra delimitasiyanın nəticələri ilə tanış olmaq üçün digər ölkələrdə akkreditə olunmuş erməni diplomatlar gətirilib, nəticədə məlum olub ki, bəzi kənd sakinlərinin evləri və torpaq sahələri Azərbaycana verilib.
Diplomatların Ermənistanda görüşləri avqustun 26-dan 28-dək baş tutub, qapalı iclaslarda prezident, baş nazir və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Xatırladaq ki, keçmiş Ermənistan-Gürcüstan avtomobil yolunun Kirantsdakı hissəsi SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələrinə əsasən Ermənistan və Azərbaycan SSR arasında inzibati sərhədlərə əsaslanan delimitasiya nəticəsində Azərbaycan tərəfinin nəzarətinə keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.