BAKI, 29 avqust — Sputnik. 2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, çətin relyefli şəraitdə qrupların hərəkəti sərt qayalıqlardan eniş, çayların və göllərin keçilməsi, həmçinin əlverişsiz relyefdə yaralıların təxliyəsi üzrə epizodlar icra edilir.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə bacarıqlarının nəzəri və praktiki əsaslarını mənimsəməkdir.
15.08.24, 11:24
Hərbi Hava Qüvvələrinin helikopter bölmələri təlim-məşq uçuşları keçiriblər - VİDEO
Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəxsi heyətə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb.
"Təlim-məşq uçuşlarının planına uyğun olaraq, bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər. Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər" - məlumatda deyilir..
09.04.24, 14:07
Hərbi pilotlar hava kəşfiyyatının aparılması tapşırığını icra edib
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.
Uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təhlükəsizlik qaydaları çatdırılıb.
Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.
Uçuş heyətinin döyüş hazırlığı və praktiki vərdişlərinin daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.