DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiya Prezidenti Ukraynaya uzaqmənzilli silahların verilməyəcəyini bildirib

Finlandiya lideri Aleksandr Stubb bildirib ki, Finlandiya Rusiya Federasiyası ilə qonşudur.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Finlandiya Kiyevi uzaqmənzilli dəqiq silahlarla təmin etməyəcək.
Bunu Finlandiya lideri Aleksandr Stubb bəyan edib.
O bildirib ki, Finlandiya Rusiya Federasiyası ilə qonşudur.
"Hazırda belə bir ehtiyac yoxdur. Yadda saxlamaq lazımdır ki, Finlandiya ön xəttdədir. NATO-nun Rusiya ilə 1340 km-lik sərhədi o deməkdir ki, bizim bu müdafiə müharibəsində rolumuz var" - Stubb "Yle"-yə müsahibəsində deyib.
Eyni zamanda o, Ukrayna münaqişəsinə son qoymağın "ən yaxşı yolu"nun "Ukrayna ordusunu Qərbdən silahla təchizata davam etməkdir" - fikrini ifadə edib.
Bundan əvvəl Stubb Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsini məqbul adlandırmışdı. Onun sözlərinə görə, Qərb Kiyevi silahla təmin edir ki, "özünü müdafiə etsin".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.