DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Falçı yanına gedənlər də cəzalandırılacaq - DİN xəbərdarlıq etdi

Araşdırmalar nəticəsində mütəmadi olaraq müəyyən məbləğ qarşılığında falçılara müraciət edən 150 nəfərlə bağlı müvafiq tədbir görülüb.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Tacikistan polisi ölkədə falçılıqla məşğul olan şəxslərin xidmətlərindən istifadə edənləri cəzalandıracaq.
Bu barədə Tacikistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, araşdırmaların nəticəsində mütəmadi olaraq müəyyən məbləğ qarşılığında falçılara müraciət edən 150 nəfərlə bağlı müvafiq tədbir görülüb.
Bundan əlavə nazirlik həmin insanlar haqqında informasiyanın yer alacağı məlumat bazasının yaradılmasına qərar verib.