ELM

Çin alimləri bəşəriyyəti xilas etmək üçün nüvə silahından istifadəyə çağırırlar

Onlar qərar qəbul edənləri uzunmüddətli düşünməyə və bəşəriyyət üçün qiyamət təhlükəsinin qarşısını almaq naminə nüvə müdafiəsi sahəsində tədqiqata dəstək verməyə çağırıblar.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Pekin Kosmik Gəmi Layihə İnstitutunun alimləri asteroidlərdən qorunmaq üçün nüvə silahının yaradılmasına çağırıblar. Bu barədə South China Morning Post yazır.
"Tədqiqatlar bəzi hallarda asteroidin Yerlə toqquşmasının qarşısını yalnız nüvə silahının ala biləcəyini göstərir. Kosmosda nüvə silahının istifadəsini və ya yerləşdirilməsini qadağan edən beynəlxalq qanunlardan tam xəbərdar olan alimlər nüvə tullantılarının ulduzlararası boşluqda çirklənməyə də səbəb ola biləcəyini bildirirlər" - nəşr yazır.
Bununla belə, onlar qərar qəbul edənləri uzunmüddətli düşünməyə və bəşəriyyət üçün qiyamət təhlükəsinin qarşısını almaq üçün nüvə müdafiəsi sahəsində tədqiqata dəstək verməyə çağırıblar.
Alimlərin vurğulayır ki, planetin böyük asteroidlə toqquşmasının real riski əvvəlki hesablamalarla müqayisədə xeyli yüksəkdir. Onların fikrincə, bu cür təhlükələrin qarşısını almaq üçün çox qısa müddət ərzində, yəni yeddi gündən otuz günə qədər kosmosa nüvə başlıqlarını buraxmaq lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.