BAKI, 28 avqust — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi jurnalistlərə bildirib ki, Kursk atom elektrik stansiyasında (AES) yoxlama zamanı onun ərazisində pilotsuz təyyarələrin (PUA, dron) endirdiyi zərbələrin izlərini görüb. Bu barədə Rusiya mediası xəbər vetib.
"Bu gün mənə əraziyə və stansiya obyektlərinə bir neçə dronların zərbəsi barədə məlumat verilib. Mən stansiyada olarkən bu endirilən zərbələrin izlərini gördüm", - Qrossi qeyd edib.
Lakin agentliyin rəhbəri Kursk AES-in obyektlərinə kimin pilotsuz təyyarələrinin hücum etdiyini açıqlamayıb.
"KP.RU" saytı yazıb ki, Kursk AES-ə baş çəkən Rafael Qrossi bildirib ki, Kursk vilayətində nüvə insidentinin yaranması üçün real təhlükə var.
Onun sözlərinə görə, AES "normal şəraitə yaxın vəziyyətdə" işləyir, eyni zamanda qlobal problemin yaranma ehtimalı da (yaxınlıqda gedən döyüşlər səbəbindən) mövcuddur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.