BAKI, 28 avqust — Sputnik. Qərb Ukraynanın Kursk bölgəsinə hücum üçün onunsilahlarından istifadə etməsi ilə bağlı bəyanatlarla Kiyevin cinayətlərinə haqq qazandırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Aİ diplomatiyasının rəhbəri Jozep -Borrel və ABŞ müdafiə nazirliyinin nümayəndələrinin bütün bəyanatları Kiyev rejiminə bəraət qazandırmaqdan və təşviq etməkdən başqa bir şey deyil", -Zaxarova qeyd edib.
Diplomat xatırladıb ki, terrora sponsorluq Qərb ölkələrinin qanunvericiliyində ən ağır cinayətlərdən biri kimi təsbit olunub.
Daha əvvəl Pentaqon bildirmişdi ki, ABŞ Ukraynaya Kursk vilayətinə hücum zamanı onun silahlarından istifadəyə icazə verir.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell Kiyevin Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə qoyulan qadağanın götürülməsinin sülhməramlı səylərə töhfə verə biləcəyini bəyan edib və həmçinin Aİ Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərləri ilə məsələni müzakirə edəcəyinə söz verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.