TƏHSİL

MİQ imtahanlarından 28171 müəllim kəsilib

Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.
Sputnik
BAKI, 28 avqust — Sputnik. İyulun 2-10 tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları təşkil edilib. Test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd iştirak edib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən 22 093 nəfər vakansiya seçimində iştirak etmək hüququ əldə edib. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Müsabiqəyə 10 592 vakant yer təqdim olunub. Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən 22 093 nəfər vakansiya seçimində iştirak etmək hüququ əldə edib.
Müsabiqəyə 10 592 vakant yer təqdim olunub. Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. 26-28 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçimində 39 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Qurumdan o da bildirilib ki, 31 iyul-5 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçirilib. 17475 namizəd vakansiya seçimində iştirak edərək öz ərizəsini təsdiq edib. Vakansiya seçimində 5740 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. 14-22 avqust tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi təşkil edilib. Müsahibələrə ümumilikdə 5740 namizəd dəvət olunub, onlardan 39-u şəhid ailəsi üzvüdür. 4994 nəfər müsahibə mərhələsində iştirak edib. Müsahibələrdə 4658 nəfər uğur qazanıb. Uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləriaidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu isə rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur. Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatacaq.
Qeyd edilib ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq. Yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix və müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.