SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Liderlərin telefon danışığına niyə zərurət yarandı - Politoloqun şərhi

Şəfiyev qeyd edir ki, Rusiya tərəfdən cənub istiqamətində münasibətlərin qurulması məsələsinə prezidentin qoşulduğunu nəzərə alsaq, bunun Cənubi Qafqazda Qərbə müqavimət planının başlanğıcı hesab etmək olar.
Sputnik
BAKI, 28 avqust — Sputnik. Vladimir Putinin Bakıya səfərindən cəmi bir həftə sonra İlham Əliyevlə telefon danışığına ehtiyac yaranıb. Böyük siyasətdə belə şeylər boşuna baş vermir. Görünür, Rusiya liderinin Nikol Paşinyanla söhbətindən sonra dəqiqləşdirmə tələb edən məqamlar çıxıb ortaya. Bu ehtimalı Sputnik Azərbaycan-ın siyasi şərhçisi Nadir Şəfiyev irəli sürüb.
Nadir Şəfiyev
Onun sözlərinə görə, böyük siyasətdə belə şeylər boşuna baş vermir:

"Görünür, Rusiya liderinin Nikol Paşinyanla söhbətindən sonra ortaya dəqiqləşdirmə tələb edən məqamlar çıxıb. Moskvanın Qafqazda fəallaşmasını öz cənub sərhədlərində yenidən münaqişənin alovlanmasının qarşısını almaqla əlaqələndirilə bilər. Görünür, Rusiya Qərbin Ermənistanda getdikcə mövqelərini möhkəmləndirdiyini nəzərə alaraq, ləngimək istəmir".

Politoloq qeyd edir ki, Rusiya tərəfdən cənub istiqamətində münasibətlərin qurulması məsələsinə prezidentin qoşulduğunu nəzərə alsaq, bunun Cənubi Qafqazda Qərbə müqavimət planının başlanğıcı hesab etmək olar.
"Bu məsələdə real irəliləyiş Bakı ilə İrəvan arasında sülh sazişinin razılaşdırılması ola bilər. Lakin bu məsələdə də təhlilçinin fikrincə, əvvəlki mənfi təcrübəni nəzərə alıb sazişdə konkret şərtlər və müddət təsbit edilməlidir", - Şəfiyev fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.