"Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir”.
"Bu proqramın bir hissəsi olaraq ABŞ tərəfindən Ermənistanın silahlandırılması davam edir. Paralel olaraq ABŞ hərbi bazasının Qərbi Zəngəzur ərazisinə yerləşdirilməsi də Ermənistan tərəfini bir qədər cəsarətləndirib. Daha əvvəl Rusiya ilə əməkdaşlıq edən Ermənistan Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirməyə çalışırdı. İndi isə Qərbi Zəngəzurda yerləşən ABŞ hərbi bazasının mövcudluğundan cəsarətlənən Ermənistan məhz Naxçıvan istiqamətində atəşkəsi pozmağa və həmin ərazidə mövcud olan ABŞ ilə Azərbaycanı qarşı-qarşıya gətirməyə çalışır. Bunun üçün də intensiv bir şəkildə həm Naxçıvan, həm də Laçın istiqamətində təxribatlara yol verir".
"Azərbaycanın proseslərə təmkinlə yanaşması Ermənistanı bir qədər də cəsarətləndirib. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təxribatların qarşısını almaq üçün daha təsirli addımlar atmalıdır".