BAKI, 28 avqust — Sputnik. Azərbaycanda poliklinikalarda onlayn sistem çöküb.
Bu barədə Oxu.Az-a sağlamlıq haqqında arayış almaq istəyən vətəndaşlar bildiriblər.
Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.
15 tibb müəssisəsində sözügedən problemin yaşandığı qeyd olunur.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.