SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN-in qərarını dəyişməyəcək - Politoloq

Politoloq əmindir ki, qərar statuslarından istifadə edərək Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan şəxslərlə bağlı verilib.
Sputnik
BAKI, 28 avqust — Sputnik. AŞPA deputatlarının hiddətinə rəğmən, Azərbaycan XİN-in onları persona non-qrata elan etmək qərarı dəyişməyəcək. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq əmindir ki, qərar statuslarından istifadə edərək Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan şəxslərlə bağlı verilib.

"Bakı sözügedən şəxslərin seçkilər zamanı bu prosesdən ölkə haqqında mənfi rəy yaratmaq, Qərblə münasibətləri gərginləşdirmək məqsədilə istifadə etmələri üçün Azərbaycanda olmalarına imkan verməyəcək", – o, bildirib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirmişdi ki, Avropa İttifaqının (Aİ) bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır.
Qeyd edilib ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər "arzuolunmaz şəxslər" siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək.
Qeyd edək ki, Almaniya Parlamentinin üzvü Frank Şvabe "Azadlıq Radiosunda" 23 avqust tarixində dərc edilmiş müsahibəsi zamanı, Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanın Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.