Qarabağın dirçəlişi və reinteqrasiyası

Xankəndi, Şuşa və Xocalıda xeyli sayda silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı silah-sursat aşkar edilərək götürülüb.
Sputnik
BAKI, 27 avqust - Sputnik. Xankəndi şəhəri ərazisindən 17-24 avqust tarixlərində 26 avtomat, 44 qumbara tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin silah və sursatlar 26 avtomat, 4 tapança, 7 tüfəng, 44 qumbara, 19 alışdırıcı, 2 nişangah, 2 görmə cihazı 2 mərmi, 1 trotil, 3 süngü-bıçaq, 65 patron darağı, 2275 ədəd müxtəlif çaplı patronlar olub.
Həmçinin Şuşa şəhəri ərazisindən 1 tapança, 1 mərmi, 3 qumbara, 2 alışdırıcı, 4 patron darağı, 125 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 2 avtomat silahı, 4 patron darağı və 174 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
01.10.23, 14:19
Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlanıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən inzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib.
ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində sürpriz formaya salınmış əl qumbaraları, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binanın zirzəmisində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğuları aşkarlanıb. Eyni zamanda, yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnmə yaradılması məqsədilə minaatan mərmiləri, qəlpələnən bombletlər, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.
Tələ qurğular Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.