BAKI, 27 avqust — Sputnik. Fransa hakimiyyətinin Rusiyanı Parisin nasistlərdən azad edilməsinin 80 illiyini qeyd etməyə dəvətdən imtina etməsi çox pis hərəkət olub silləyə bərabərdir.
Bunu Fransanın keçmiş Prezidenti general Şarl de Qollun nəvəsi, iqtisadçı Pyer de Qoll deyib.
O qeyd edib ki, Fransanın Rusiya nümayəndələrinin iştirakı olmadan anım mərasimi keçirmək qərarına gəlməsindən “çox pis olub və qəzəblənib”.
"Bu, sözün əsl mənasında, ölkənin azadlığı uğrunda mübarizədə həlak olan bütün mülki əhalinin və hərbçilərin üzünə vurulmuş sillədir" - de Qoll fikrini bildirib.
İqtisadçı bu qənaətə gəlib ki, Rusiya ordusunun müqaviməti və cəsarəti olmadan Avropanın nasist işğalından xilas olması daha çətin və hətta mümkünsüz olardı.
Bundan əvvəl Pyer de Qoll Rusiyanın Qərb ölkələrini xilas edəcəyini bildirmişdi.
16.11.23, 16:37
Şarl de Qollun nəvəsi Rusiya vətəndaşlığını almaq planlarını açıqlayıb
Beşinci Fransa Respublikasının banisi, general Şarl de Qollun nəvəsi Pyer de Qoll Rusiya vətəndaşlığını almağı planlaşdırır.
Bu barədə o, Sankt-Peterburqda Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində "TASS"a bildirib.
"Rusiya vətəndaşlığını almaqdan şərəf duyardım", – deyə o, bildirib.
Bundan əvvəl Pyer de Qoll Rusiyanın Fransa və digər Qərb ölkələri üçün əhəmiyyətindən danışıb. Onun fikrincə, Rusiya Qərbin özündə onlardan imtina edildikdən sonra Qərb ənənələrinin qoruyucusu olaraq qalır.
Qeyd edək ki, Pyer de Qoll fevral ayında Volqoqradda Stalinqrad döyüşündəki Qələbənin 80 illiyi ilə bağlı keçirilən şənliklərdə də iştirak edib.