BAKI, 27 avqust — Sputnik. M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib.
Bu barədə məlumatı Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi verib.
Bildirilir ki, körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işlərinin aparılıb və sonda qurğu yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilib.
Xatırladaq ki, avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınmışdı.