RUSİYA

Qərbi masa arxasında oturmağa dəvət edirik - Rusiya

Rusiya XİN rəhbəri Yəməndən olan həmkarı ilə görüşü zamanı bildirib ki, Ukrayna münaqişəsinin həlli üçün Qərbi masa arxasına oturmağa dəvət edir.
Sputnik
BAKI, 27 avqust — Sputnik. Əgər Qərb Ukrayna münaqişəsinin həll etməkdə və avropalıların özlərinin də əzab çəkdiyi Avropadakı vəziyyəti normallaşdırmaqda maraqlıdırsa, o zaman biz danışıqlar masası arxasına əyləşib "Zelenskinin düsturları" olmadan dürüst danışmalıyıq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yəmənin xarici işlər naziri ilə görüşündən sonra deyib.
Rusiya diplomatı həmkarı ilə görüşü zamanı qeyd edib ki, Ukrayna münaqişəsinin həlli üçün Qərbi masa arxasına oturmağa dəvət edir.
"Əgər Qərb həqiqətən maraqlıdırsa, burada məsələ Zelenskidə deyil, əgər Qərb avropalıların əziyyət çəkdiyi Avropadakı vəziyyəti normallaşdırmaq istəyirsə, o zaman danışıqlar masasına oturmaq lazımdır. Əlinizdə "Zelenskinin düsturu" adlanan heç bir kağız olmadan sakit və vicdanla danışıqlara başlamaq lazımdır", Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.