BAKI, 27 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Hindistanın baş naziri Narendra Modi ilə Kiyev hakimiyyətinin və onların Qərb himayədarlarının dağıdıcı xəttini əsaslandıraraq Rusiyanın əsas yanaşmalarını açıqlayıb.
Bu barədə Rusiy prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Vladimir Putin Kiyev hakimiyyətinin və onların Qərb himayədarlarının dağıdıcı xəttini fundamental şəkildə təqdim edib, münaqişənin həlli yollarına Rusiyanın əsas yanaşmalarını açıqlayıb", açıqlamada deyilir.
Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi ticarət-iqtisadi sahədə razılaşmaların praktiki icrasını da müzakirə ediblər, həmçinin təmasları davam etdirmək barədə razılığa gəliblər.
"Hindistanın baş nazirinin iyulda Rusiyaya rəsmi səfəri nəticəsində əldə olunmuş ticarət-iqtisadi sahədə əldə edilmiş razılaşmaların praktiki icrası məsələləri də müzakirə olunub", məlumatda bildirilir.
Bundan əlavə, tərəflər müxtəlif səviyyələrdə ikitərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
10.07.24, 14:06
Modinin Moskvaya səfəri Qərbin Rusiyanı təcrid edə bilmədiyini göstərdi
Hindistanın baş naziri Narendra Modinin Moskvaya səfəri Qərb ölkələrinin Rusiyanı və onun prezidenti Vladimir Putini təcrid etmək cəhdlərinin iflasa uğradığını göstərdi.
Bu barədə CNN telekanalı xəbər verib.
ABŞ-lı jurnalistlər onu da qeyd ediblər ki, Hindistanda Rusiya texnologiyasından istifadə etməklə atom elektrik stansiyalarının tikintisi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ölkələri uzun illər bir-birinə bağlayacağından xəbər verir. Modinin iki günlük səfəri zamanı iki dövlətin liderləri münasibətlərini yalnız gücləndiriblər.
Xatırladaq ki, Hindistan hökumətinin başçısı Rusiyaya iki günlük səfər edib. Səfər zamanı o, ölkə rəhbərliyi ilə substantiv danışıqlar aparıb. Əvvəlcə danışıqlar Rusiya liderinin Novo-Oqarevodakı iqamətgahında baş tutub, daha sonra Kremldə davam etdirilib.
Bundan əvvəl ABŞ Hindistanın Rusiya ilə münasibətlərindən narahatlığını bildirib. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Mettyu Millerin sözlərinə görə, Hindistan ABŞ-ın strateji tərəfdaşıdır və onunla "tam və səmimi dialoq" aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.