DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN-dən Pakistanda törədilmiş terror hücumuna reaksiya

Lin Tszyan həmçinin əlavə edib ki, Çin terrorizmlə mübarizədə Pakistanla əməkdaşlığı gücləndirməyə hazırdır.
Sputnik
BAKI, 27 avqust — Sputnik. Çin Pakistanın Bəlucistanında silahlı hücumları qətiyyətlə pisləyir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bildirib.
14-ü polis olmaqla, 50-dən çox Pakistan vətəndaşı avqustun 26-da Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında baş verən bir neçə hücum və atışmada terrorçular tərəfindən öldürülüb. Ölənlər arasında terrorçuların atəş açdığı şəhərlərarası avtobusun 23 sərnişini, etnik pəncablılar da var. Pakistanın baş naziri Şahbaz Şərif daha əvvəl bəyan edib ki, terrorçular bu yolla ölkənin tərəqqisini, Çinlə birgə infrastruktur və texnoloji layihələri dayandırmağa çalışırlar.
"Biz müvafiq terror aktını qətiyyətlə pisləyirik və qurbanların yaxınlarına dərin hüznlə başsağlığı veririk" - Lin Tszyan deyib.
Diplomat qeyd edib ki, Çin terrorizmin bütün növlərinə qətiyyətlə qarşı çıxır və terrorla mübarizə əməliyyatlarının təşviqində, ictimai birlik və sabitliyin təmin edilməsində, insanların təhlükəsizliyinin qorunmasında Pakistana dəstəyini davam etdirəcək.
Lin Tszyan həmçinin əlavə edib ki, Çin terrorizmlə mübarizədə Pakistanla əməkdaşlığı gücləndirməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.