CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda narkoşəbəkənin beş üzvü ələ keçdi

İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkandan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Sputnik
BAKI, 27 avqust - Sputnik. Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı əməliyyatlar keçirilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərlə əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş Ruslan Azadzadə, Röyal Feyzullayev, Zaur Abdullayev, Fərid Rəcəbov və Mahir Əliyev saxlanılıblar.
Onlardan ümumilikdə 28 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkandan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan qərarı verilib. R.Azadzadə, R.Feyzullayev, Z.Abdullayev, F.Rəcəbov və M.Əliyevin daxil olduqları mütəşəkkil dəstənin digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
01.04.23, 21:25
Azərbaycanın ən çox narkoman yaşayan ərazisi
Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin şəhər və rayonlar üzrə bölgüsü açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalında öz əksini tapıb.
Ən çox istifadəçi Bakı şəhəri (8565), Lənkəran şəhəri (3837), Sumqayıt şəhəri (3343), Salyan rayonu (1335), Gəncə şəhəri (1178), Şirvan şəhəri (1067), Cəlilabad rayonu (939), və Abşeron rayonunda (846) qeydə alınıb.
Paytaxt rayonları üzrə ən çox narkotik istifadəçisi Yasamal (1652), ən az Pirallahı (73) rayonundadır.