DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ bioloji əməllərində Moldova və Rumıniyadan istifadə edir - General açıqladı

Müəyyən edilib ki, Ukraynadan Moldovaya təhlükəli yüklərin ixracını eyni adlı ABŞ şirkətinin törəmə şirkəti olan Biopartners şirkəti həyata keçirir.
Sputnik
BAKI, 27 avqust — Sputnik. Birləşmiş Ştatlar özündən şübhələri yayındırmaq üçün Moldova və Rumıniyanı Ukraynadan biomaterialların daşınması üçün logistika sxemlərinə fəal şəkildə daxil etməyə başlayıb. Bunu Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi general-leytenant İqor Kirillov bildirib.
"Mövcud məlumatlara görə, Amerika Birləşmiş Ştatları hərbi bioloji proqramı üçün öz nəzarti altında olan təşkilatlardan istifadə edərək, Moldova və Rumıniyanı biomaterialların daşınması üçün logistika sxemlərinə aktiv şəkildə daxil etməyə başlayıb" - o, brifinqdə bildirib.
Kirillov biomaterialların hərəkət sxeminə diqqət çəkib. Müəyyən edilib ki, Ukraynadan Moldovaya təhlükəli yüklərin ixracını eyni adlı ABŞ şirkətinin törəmə şirkəti olan Biopartners şirkəti həyata keçirir.
Pentaqonun ən böyük təchizatçılarından birinin törəmə şirkəti olan Q2 Solution şirkəti də logistika proseslərində iştirak edir.
"Bizdə bu şirkət tərəfindən ABŞ Müdafiə Nazirliyinin Təhdidlərin Azaldılması Proqramları (DITRA) çərçivəsində 22 milyon dollardan çox məbləğdə müqavilələrin icrasını təsdiq edən məlumat var" - Kirillov bildirib.
Rusiya Müdafiə Nazirliyi bundan əvvəl biomaterialların irimiqyaslı toplanması və daşınması faktlarını təsdiqləyən məlumatları dərc edib. Xüsusi Hərbi Əməliyyat başlamazdan əvvəl ABŞ və müttəfiqləri Ukraynadan ən azı 16 min bioloji nümunə daşıya biliblər. Təkcə UPI-8 layihəsi çərçivəsində 4 min Ukrayna hərbçisindən qan nümunələri götürülüb. Eyni zamanda, təhlükəli patogenlər və onların daşıyıcıları ixrac edilib.