CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalan sakinlərinə şad xəbər - 1,5 milyon ayrıldı

Layihə Xırdalan şəhərinin bir sıra küçələrini əhatə edəcək.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Xırdalanda yolların təmirinə 1,5 milyon manat xərclənəcək. Sputnik Azərbaycan xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan Şəhəri üzrə nümayəndəliyi yolların təmiri işlərinin aparılması üçün satınalma elan edib.
Bu işlərə 1 milyon 493 min manat xərclənəcək. Layihə Xırdalan şəhərinin bir sıra küçələrini əhatə edəcək.
Qeyd edək ki, bu günlərdə "Naxçıvan Yol Təchizat" MMC də açıq tender elan edib. Naxçıvanda yolların təmiri 6,2 milyon manata başa gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.