RUSİYA

Putin Tokayevlə danışdı: Nələr müzakirə olunub?

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kazanda keçiriləcək BRİKS sammitində iştiraka dəvətə görə rusiyalı həmkarına minnətdarlığını bildirib.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Rusiya liderinin Astanaya dövlət səfərinə hazırlığın təmin edilməsi barədə razılığa gəliblər. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Həmsöhbətlər ticarət-iqtisadi və enerji sahələrində ən yüksək səviyyədə əvvəllər əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçirilməsinin zəruriliyini qeyd ediblər", - məlumatda deyilir.

Bildirilir ki, dövlət başçıları telefon danışığı zamanı Rusiya-Qazaxıstan əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini də müzakirə ediblər.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kazanda keçiriləcək BRİKS sammitində iştiraka dəvətə görə rusiyalı həmkarına minnətdarlığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.