BAKI, 26 avqust — Sputnik. Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri, müfti Allahşükür Paşazadəni xalqlar arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə və 75 illik yubileyi ilə əlaqədarRus Pravoslav Kilsəsinin ali mükafatlarından biri olan Kiyev, Moskva və Bütün Rusiyanın mitropoliti Müqəddəs Aleksi ordeni ilə təltif edib.
"Xalqlarımız arasında münasibətlərin inkişafına verdiyiniz mühüm töhfəni nəzərə alaraq, eləcə də yubileylə əlaqədar olaraq, mən sizi Rus Pravoslav Kilsəsinin ən yüksək mükafatlarından biri olan "Müqəddəs Pavel" ordeni ilə təltif etmək qərarına gəldim. Bu böyük rus müqəddəsinin həyatı və şücaəti təkcə konstruktiv, müdrik din-dövlət münasibətlərinin qurulmasının nümunəsi deyil, pravoslavlıq və islam arasında dialoq kontekstində həm də xalqın rifahı naminə fədakar xidmət nümunəsidir", - məlumatda deyilir.
Patriarx qeyd edib ki, Bütün Qafqazın şeyxi müdrikliyi və dini icmaların ehtiyac və problemlərinə diqqəti sayəsində bir çox ölkələrin ruhani liderləri arasında böyük nüfuza malikdir.
"Sizin sayənizdə dini icmalar arasında dialoq və bərabərlik Azərbaycanda ictimai həyatın və dövlət siyasətinin əsasına çevrilib", - patriarx vurğulayıb.
Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Azərbaycanın Lənkəran rayonunun Cil kəndində anadan olub. 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin rəisidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.