CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İldırım düşən məktəb təmir ediləcək

Hadisə nəticəsində sinif otağına ziyan dəyib, bir neçə stol və stul yanıb.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Şəki-Zaqatala Regional Təhsil İdarəsi məktəbə ildırım düşməsi ilə bağlı açıqlama verib. İdarədən Sputnik Azərbaycan-a bildirilib ki, avqustun 26-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən rayon Şərif kənd 1 nömrəli tam orta məktəbin boş sinif otağına ildırım düşüb.
Hadisə nəticəsində sinif otağına ziyan dəyib, bir neçə stol və stul yanıb. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub. Sinif otağının tədris ilinin başlamasına qədər təmir edilməsi üçün müvafiq addımlar atılıb.
Qeyd edək ki, dünən Şəmkirdə 2008-ci il təvəllüdlü İlham Qarayevi heyvan otaran zaman ildırım vurub. O, hadisə nəticəsində dünyasını dəyişib. Hadisə ötən gün axşam saat 17:00 radələrində Şəmkir rayonu Ələsgərli kəndində baş verib.
Həyatını itirən Qarayev İlham Elmar oğlu bu il Şəmkir rayon Sarıtəpə kənd tam orta məktəbin 9-cu sinifini bitirib. Məlumatı Qazax-tovuz Regional Təhsil İdarəsi təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.